Bakı-Tiflis-Ərzurum qaz boru xəttində partlayış baş verib - VİDEO

Bakı-Tiflis-Ərzurum qaz boru xəttində partlayış baş verib - <span style="color: red;">VİDEO
# 04 avqust 2015 06:40 (UTC +04:00)

Bakı - APA. Bakı-Tiflis-Ərzurum təbii qaz boru xəttinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib.

APA-nın xəbərinə görə, hələlik partlayışın səbəbi müəyyənləşdirilməyib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Meşə sahəsində baş verən partlayışın səbəbi araşdırılır.

Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR