Liviyada hava limanına hücumla əlaqədar 61 nəfər saxlanılıb

Liviyada hava limanına hücumla əlaqədar 61 nəfər saxlanılıb
# 22 yanvar 2018 00:34 (UTC +04:00)

Tripoli beynəlxalq hava limanına edilən hücumla əlaqədar 61 nəfər saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib. Məlumata əsasən, saxlanılanlardan 6-ı sərbəst buraxılıb.

Yanvarın 15-də Tripolidə “Mitiqa” beynəlxalq hava limanına hücum zamanı azı 20 nəfər ölüb, 60 nəfər yaralanıb.

Hava limanında Tripolidə Milli Barışıq hökumətinə loyal iki qruplaşma arasında toqquşma baş verib.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq hökuməti isə Tripolidə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR