Dələduzluqda təqsirləndirilən qadının şikayəti təmin edilməyib

Dələduzluqda təqsirləndirilən qadının şikayəti təmin edilməyib
# 18 may 2015 08:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Reyhan Ağayevanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, R. Ağayeva dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyib. O, uzun müddət axtarışda olub. R. Ağayevanı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşları saxlayıblar. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan R. Ağayeva ötən il aprelin 15-də tutularaq istintaqa verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində R. Ağayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan R. Ağayeva məhkəmə zalında həbs edilib.

Hökmlə razılaşmayan R. Ağayeva apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR