Gürcüstanda kanat qəzasında 6 xarici vətəndaş yaralanıb, 2 nəfər ağır durumdadır - YENİLƏNİB

Gürcüstanda kanat qəzasında 6 xarici vətəndaş yaralanıb, 2 nəfər ağır durumdadır - <span style="color: red;">YENİLƏNİB
# 16 mart 2018 11:53 (UTC +04:00)

Gürcüstanın Qudauri dağ xizək kurortundakı kanat yolunda baş vermiş texniki qəza nəticəsində xəsarət alanların ikisinin vəziyyəti nisbətən ağırdır.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, onların baş nahiyəsində xəsarətləri və açıq sınıqları var.


Xəsarət alanlar arasında 2 Ukrayna, 3 Rusiya, 1 İsveç və 1 Gürcüstan vətəndaşı var. Onların arasında hamilə qadının da olduğu bildirilir.
Dövlət xəsarət alanların müalicəsini öz üzərinə götürəcək.


Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb. İqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili hadisə yerinə yola düşüb.

***

13:39

Gürcüstanın Qudauri dağ xizək kurortunda, kanat yolunda texniki qəza baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, nəticədə 10 nəfər xəsarət alıb. Onlar xəstəxanalara çatdırılıb. Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.


Qəzaya səbəb kanat yolunda elektrik enerjisi gərginliyinin azalması olub və nəticədə kanat yolu əks istiqamətdə hərəkət etməyə başlayıb.
Gürcüstanın Səhiyyə Nazirliyi hadisə yerinə reanimobil göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR