Türkiyənin baş naziri yeni hökuməti formalaşdırmaq məsələsini MHP başqanı ilə müzakirə edəcək

Türkiyənin baş naziri yeni hökuməti formalaşdırmaq məsələsini MHP başqanı ilə müzakirə edəcək
# 16 avqust 2015 19:56 (UTC +04:00)

Bakı-APA. Sabah Türkiyənin baş naziri Əhməd Davutoğlunun yeni hökuməti formalaşdırmaq mövzusunda söhbət aparmaq üçün Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlet Bahçeli ilə görüşü gözlənilir.

APA-nn Türkiyənin rəsmi Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazir Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu ilə görüşlərinin nəticəsi olaraq koalisiya qurmağın mümkün olmadığını bəyan etdikdən sonra MHP ilə görüşlərə başlayıb.

Xəbərdə Davutoğlunun Bahçeli ilə "heç bir ön yarğı olmadan" müzakirə aparmağı planlaşdırdığı da qeyd olunub.

Görüşdə hökümət qurmaq və ya seçimə getmək də daxil olmaqla bir çox məsələnin müzakirə ediləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR