Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb

Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
# 26 fevral 2019 06:54 (UTC +04:00)

Moldovada keçirilən parlament seçkilərində səslərin 100 faizi hesablanıb.

ONA-nın İntefaks-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Rodika Sırbu açıqlama verib.

Beləliklə Sosialistlər partiyası səslərin 31,15 faizini toplayaraq parlamentdə 35 yer əldə edib.

Səslərin 26,66 faizini toplayan ACUM bloku isə 26 deputatla təmsil olunacaq.

Hakim Demokratik partiya isə 23,62 faiz səs toplayaraq 30 mandat əldə edib.

Xatırladaq ki, fevralın 24-də Moldovada parlament seçkiləri baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR