Azərbaycanda yeni məktəb binası istifadəyə verilib

Azərbaycanda yeni məktəb binası istifadəyə verilib
# 20 oktyabr 2016 16:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Cəlilabadınn İncilli kənd ümumi məktəbi üçün inşa edilmiş 180 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Təhsil NAzirliyindən APA-ya verilən xəbərə görə, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məktəbin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov diqqətə çatdırıb ki, son 10 ildə Azərbaycanda 3 mindən artıq yeni məktəb binası tikilərək, yaxud əsaslı təmir edilərək istifadəyə verilib: “Tədris müəssisələri ən yeni inventar və avadanlıqla təmin olunub. Ölkədə davamlı təhsil islahatları aparılır. Bütün bunlar gənc nəslin təhsilinin ölkə rəhbərinin daim diqqətində olduğuna bariz nümunədir”.

Tədbir iştirakçıları yeni məktəb binasında sinif otaqları, fənn kabinetləri, idman zalı, kitabxanada şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR