Ermənistan 4 iranlı məhbusu İrana təhvil verəcək

Ermənistan 4 iranlı məhbusu İrana təhvil verəcək
# 06 noyabr 2016 07:10 (UTC +04:00)

Ermənistan 4 iranlı məhbusu İrana təhvil verəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Ermənistan və İran arasında əldə olunmuş razılığa əsasən bu ölkədə olan 4 iranlı məhbus noyabrın 9-da Norduz sərhəd buraxılış məntəqəsində İran rəsmilərinə təhvil veriləcək.

Məlumatda məhbusların hansı cinayətlərə görə Ermənistanda həbs olunduqları açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR