Avropa Liqasının final oyununun məkanı məlum olub

Avropa Liqasının final oyununun məkanı məlum olub
# 09 dekabr 2016 20:39 (UTC +04:00)

UEFA Avropa Liqasının 2017/18 mövsümünün finalı Fransada keçiriləcək. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, İcraiyyə Komitəsinin qərarına əsasən ev sahibi Lion olacaq.

Avropanın ikinci dərəcəli klub turnirinin həlledici oyunu klubun ev matçlarını keçirdiyi "Stad de Lumer" arenasında keçiriləcək.

Qeyd edək ki, hazırda davam edən mövsümün finalı isə İsveçin Stokholm şəhərində oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR