Məleykə Abbaszadə Goranboyda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Goranboyda vətəndaşları qəbul edəcək
# 08 sentyabr 2015 09:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə sentyabrın 18-də Goranboyda vətəndaşları qəbul edəcək.

Komissiyadan APA-ya verilən məlumata görə, qəbulda Goranboy, Naftalan, Mingəçevir, Tərtər, Yevlax, Ağdaş, Bərdə rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və ya TQDK-nın Gəncə regional bölməsinə müraciət etməlidirlər.

Goranboy, Naftalan, Mingəçevir, Tərtər, Yevlax, Ağdaş və Bərdə rayon Təhsil Şöbələrində sentyabrın 9-dan 17-dək qəbula qeydiyyat aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR