Bakı şəhəri üzrə Təhsil İdarəsi: Gələn il birinci sinfə getmək üçün 40 mindən çox uşaq qeydiyyatdan keçib

Bakı şəhəri üzrə Təhsil İdarəsi: Gələn il birinci sinfə getmək üçün 40 mindən çox uşaq qeydiyyatdan keçib
# 30 may 2015 11:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2014-2015-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərini 47 425 şagird bitirib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, məzunlardan 26924-ü 9-cu, 20501-i isə 11-ci siniflərin payına düşür.

Bu il 33310 şagird paytaxt məktəblərinin birinci sinfini bitirib.

İndiki məlumata əsasən, gələn il birinci sinfə getmək üçünsə 41007 uşaq qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR