Heydər Əliyev prospektində tıxac yaranıb

Heydər Əliyev prospektində tıxac yaranıb
# 03 noyabr 2016 06:20 (UTC +04:00)

Hazırda paytaxtın Heydər Əliyev prospektində (metronun Koroğlu stansiyasından şəhər istiqamətində) tıxac var.

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, səbəb prospektin sağ kənar yolun üzərindəki tuneldə "KamAZ" markalı yük avtomobilinin xarab olaraq qalmasıdır.

Şəhərin digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR