"Qəbələ" Avroliqanın qrup mərhələsinə yüksəlib - FOTOSESSİYA - VİDEO

"Qəbələ" Avroliqanın qrup mərhələsinə yüksəlib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 avqust 2015 21:56 (UTC +04:00)

Bakı-APA. Bu gün UEFA Avropa Liqası pley-of mərhələsinin cavab qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxıb.

Roman Qriqorçukun yetirmələri tarixi uğura imza ataraq Ellada təmsilçisini mübarizədən kənarlaşdırıb. Səfərdə çıxış etməsinə baxmayaraq, çox möhtəşəm oyun nümayiş etdirən komanda oyunu 2:2 hesabıyla başa vurmağa nail olub. Nəticədə, "Qəbələ" tarixi ərzində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.

Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley – 10-cu qarşılaşması olub.

UEFA Avropa Liqası

Pley-off, cavab oyunları

27 avqust

"Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 2:2

QOLLAR: Markus Berq, 34, Nano, 79 - Dodo, 6; 60

Afina. Apoastolos Nikolaidis stadionu. Baş hakim: İvan Krujilak (Slovakiya)

İlk oyun – 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR