Türkiyə prezidenti ilə Qətər əmiri arasında telefon danışığı olub

Türkiyə prezidenti ilə Qətər əmiri arasında telefon danışığı olub
# 27 noyabr 2017 01:21 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Tamim bin Həməd əl-Tani arasında telefon danışığı olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı ikitərəfli və regional məsələlər müzakirə olunub.

Məlumata əsasən, tərəflər həmçinin Soçi görüşündən sonra Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, noyabrın 22-də Rusiyanın Soçi şəhərində Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya və bölgədəki vəziyyətlə bağlı üçtərəfli görüşü baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR