Bu ilin 6 ayında Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 20,3 mln. kubmetr qaz ötürülüb

Bu ilin 6 ayında Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 20,3 mln. kubmetr qaz ötürülüb
# 10 avqust 2015 14:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin I yarım ili ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 20,34 mln. kubmetr qaz olub.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, CQBK ilə bağlı fəaliyyətlərə təqribən 22 mln. ABŞ dolları əməliyyat xərcləri və 559 mln. ABŞ dolları əsaslı xərclər sərf edilib.

Xatırladaq ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycan və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz Mərhələ 1” qazını çatdırır.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%) şirkətləridir.

Xatırladaq ki, CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR