Rusiyada ardıcıl iki zəlzələ baş verib

Rusiyada ardıcıl iki zəlzələ baş verib
# 06 fevral 2017 23:30 (UTC +04:00)

Rusiyanın Kuril adaları və Kamçatka sahillərində bir-birinin ardınca iki zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 4,7 bal gücündə ilk zəlzələ Kuril adaları yaxınlığında qeydə alınıb. Yeraltı təkanların episentri Severo-Kurilsk şəhərindən 240 km aralıda, ocağı 240 km dərinlikdə yerləşib.

İkinci zəlzələ Kamçatka sahillərində baş verib. 4,2 ballıq zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 83 km aralıda, ocağı isə 56 km dərinlikdə yerləşib.

Yaşayış məntəqələrində yeraltı təkanlar hiss edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR