"Amrahbank": Rəsmi saytımızın fəaliyyəti bərpa edilib, haker hücumları bankın işinə təsir etməyib

"Amrahbank": Rəsmi saytımızın fəaliyyəti bərpa edilib, haker hücumları bankın işinə təsir etməyib
# 11 sentyabr 2015 09:56 (UTC +04:00)

Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli “APA-Economics”ə bildirib ki, artıq kiberhücumun fəsadları aradan qaldırılıb və bankın rəsmi saytı normal qaydada fəaliyyət göstərir. "Bildiyiniz kimi, bankımızın rəsmi saytına kibehücumlar baş tutub. Öncədən deyim ki, hücumlar bankın əməliyyat fəaliyyətinə heç bir təsir etməyib. Bizim kifayət qədər güclü mütəxəssislərimiz var və onlar dərhal hücumların fəsadlarını aradan qaldırmaqla məşğul oldular. Bunun nəticəsidir ki, saytımız qısa bir müddət ərzində normal fəaliyyətini bərpa etdi", - deyə o bildirib.

N. Cəfərli qeyd edib ki, veb-saytın bankın əməliyyat sistemi ilə bağlılığı yoxdur. Bank rəsmisi əlavə edib ki, bank heç bir ziyan görməyib və müştərilərin bank məlumatları hər bir zaman qorunur.

Qeyd edək ki, bu gün bankın saytına “İslamic Cyber Army” tərəfindən kiberhücum olunub. Hücumdan sonra bankın saytına daxil olduqda veb-səhifə hakerlər tərəfindən yaradılan sayta yönəldilir. Hakerlərin yaratdığı saytda yerləşdirilən mətndə qeyd edilir ki, kiberhücum 2001-ci ilin 11 sentyabr günü "Əl-Qaidə" terror təşkilatının üzvləri tərəfindən Nyu-Yorkda törədilən terror aktını xatırlatmaq üçün edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR