Ağdamda Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatda olan hərbçilərin çağırışı ilə bağlı tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

Ağdamda Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatda olan hərbçilərin çağırışı ilə bağlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2015 09:54 (UTC +04:00)

Ağdam - APA. Ağdam rayonunda Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatda olan keçmiş hərbçilərin çağırışı ilə bağlı tədbir keçirilib.

Bayraq Meydanı ətrafında bir araya gələn rayon sakinləri və ehtiyatda olan hərbi vəzifəlilər əvvəlcə torpaqların bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yüzlərlə ağdamlı ordu sıralarına könüllü yazılmaq istəyib.

Toplantıda çıxış edən keçmiş döyüşçülər və şəhid ailələri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün tapşırıqlarını yerinə yetirməyə hər an hazır olduqlarını bildiriblər.

Gənclər əvvəlcə Hərbi Oyunlara cəlb olunmaq, oradan da birbaşa Ağdamı işğaldan azad etmək üçün döyüşlərə qatılmağa hazır olduqlarını bəyan ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR