Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb
# 03 avqust 2015 11:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başlayıb.

APA-Economics” mehrnews saytına istinadən xəbər verir ki, səfər zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunacaq.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib ki, səfərdə naziri Azərbaycanın energetika, nəqliyyat, telekommunikasiya, bank sektorunun və neft şirkətlərinin nümayəndələri də müşayiət edir.

Qeyd edək ki, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin dəvəti ilə baş tutan səfər iki gün davam edəcək.

Xatırladaq ki, İranın gömrük idarəsinin yaydığı məlumata görə, Azərbaycan İrandan qeyri-neft məhsullarının idxalına görə 12-ci yerdə dayanır. Məlumata görə, İran ötən il Azərbaycana 435 mln. 345 min ABŞ dolları həcmində qeyri-neft məhsulları ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR