"RoyalBank"ın filial müdiri məhkəmə zalında həbs edilib

"RoyalBank"ın filial müdiri məhkəmə zalında həbs edilib
# 16 mart 2018 10:52 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilən "RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Bayramov 4 il, R. Qasımov isə 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə iclas zalında həbs olunub.

Qeyd edək ki, hər iki şəxs banka məxsus 44 min manat məbləğində pulu mənimsəməkdə ittiham edilir. N. Bayramov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə: külli miqdarda olduqda), R. Qasımov barəsində isə 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Onlar 2014-cü ildə eyni maddələr üzrə ittiham olunublar.

İttihama görə, “RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakinini aldadıb guya bankda onun və arvadının adına ümumilikdə 72 min ABŞ dolları olması barədə saxta əmanət kitabçasını təqdim etməklə külli miqdarda əmlakı ələ keçirib.

O, həmçinin eyni niyyətlə həmin şəxsi təkrarən aldadaraq 63 min manat pulu “Royal Bank” ASC-nin 5 saylı filialının Bakı şəhərində yerləşən inzibati binasında almaqla dələduzluq etməkdə təqsirli bilinir.

Onlar 2014-cü ildə saxlansalar da, bir müddət sonra azadlığa buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR