Avropa Mərkəzi Bankı Yunanıstan banklarının təcili maliyyələşdirilməsinin həcmini artırıb

Avropa Mərkəzi Bankı Yunanıstan banklarının təcili maliyyələşdirilməsinin həcmini artırıb
# 23 iyul 2015 03:38 (UTC +04:00)

Bakı-APA. Avropa Mərkəzi Bankı Yunanıstan banklarının təcili maliyyələşdirilməsi proqramı üzrə (Emergency Liquidity Assistance — ELA) kreditləşmənin maksimum həcmini 900 mln avroyadək artırıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bununla ELA-nın ümumi həcmi 91 mlrd avroya çatıb.

Mənbə Yunanıstan banklarının təcili maliyyələşdirilməsi proqramı üzrə kreditləşmənin yuxarı həddinin hər həftə analoji templərlə artırılacağını istisna etməyib.

Avropa Mərkəzi Bankı təcili kredit yardım proqramı çərçivəsində Yunanıstan banklarına 1,55 faizlə (adi maliyyələşdirilmə isə 0,05 faiz nəzərdə tutur) kreditlər təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR