DSX Akademiyasına əlavə qəbulla bağlı müsabiqə elan olunub

DSX Akademiyasına əlavə qəbulla bağlı müsabiqə elan olunub
# 31 iyul 2015 15:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasına əlavə qəbulun keçirilməsi ilə bağlı müsabiqə elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, DSX Akademiyasının “Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi”, “Mexanika mühəndisliyi” , “Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi”, “Dövlət və bələdiyyə idarə etməsi” ixtisasları üzrə iyulun 31-dən avqustun 5-dək əlavə qəbul həyata keçirilir.

Müsabiqədə I və II ixtisas qrupları üzrə qəbul imtahanında 200-dən yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Qeydiyyat DSX Akademiyasında aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR