Qazaxda pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 23-də şəhər ərazisindəki mağazaların birindən 26306 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Araşdırma aparılır.