AFAD rəhbəri: “Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələrimiz var”

AFAD rəhbəri: “Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələrimiz var”
# 13 iyul 2017 16:55 (UTC +04:00)

“Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələrimiz var”

Bunu APA-ya açıqlamasında Türkiyə Baş nazirliyi yanında Təbii fəlakət və fövqəladə vəziyyətlərin idarəçiliyi üzrə idarənin (AFAD) rəhbəri Mehmet Halis Bilden deyib.

“Türkiyənin yüksək vəzifəli şəxsləri ölkəyə gələn qaçqınlarla bağlı “Açıq qapı” siyasətini həyata keçirəcəklərini vurğulayırlar. Rəhbərlik etdiyiniz təşkilatın qaçqınları yerləşdirmək və lazımi xidmətləri göstərmək üçün bundan sonra nə qədər gücü olacaq?” sualına Mehmet Halis Bilden belə cavab verib: “Suriyada vətəndaş müharibəsi başlayan kimi prezidentimiz bizə təlimat verdi ki, qaçqınlara qapılarımızı açacaq və onlara hər cür yardımı edəcəyik. Hazırda ölkəmizdə Suriya, İraq və bəzi başqa ölkələrdən gəlmiş 3,5 milyon qaçqın var. Son vaxtlarda gələn qonaqlarımız yoxdur. Bunun əsas səbəbi təxminən 1 il əvvəl Azad Suriya Ordusu ilə bizim silahlı qüvvələrimizin həyata keçirdiyi müştərək əməliyyat nəticəsində təxminən 2 min kvadrat kilometrlik sahənin DAEŞ terrorçularından təmizlənməsidir. Ondan sonra 100 min qaçqın geriyə qayıtdı. Orada məktəblər, səhiyyə müəssisələri fəaliyyət göstərdiyi üçün onların bizim tərəfə gəlməyə ehtiyacları yoxdur. Onlar öz torpaqlarında yaşayırlar. Prezidentimizin təlimatıyla “Açıq qapı” siyasəti davam edir, ancaq hazırda ölkəmizə gəlmək istəyən yoxdur”.

Mehmet Halis Bilden Azərbaycan FHN-lə əməkdaşlıq əlaqələri barədə danışarkən “Azərbaycanlı qardaşlarımızla ciddi əməkdaşlığımız var, bununla bağlı müqavilə imzalamışıq. Əməkdaşlarımız vaxtaşırı şəkildə görüşüb məşvərətlər aparırlar. Xüsusilə, sellər, təbii fəlakətlər, zəlzələlərlə bağlı əməkdaşlığımız ən yüksək səviyyədədir. İki qardaş ölkə arasındakı münasibətlər yardım barədə müraciət etməyə gərək qoymur, təbii fəlakət olan kimi bizə ilk yardımlar da qardaş Azərbaycandan gəlir”, - deyə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR