Qurbanqulu Berdıməhəmmədov: “Azərbaycanla qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir”

Qurbanqulu Berdıməhəmmədov: “Azərbaycanla qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir”
# 27 may 2015 13:08 (UTC +04:00)

APA-nın məlumatına görə, Q. Berdıməhəmmədovun məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu, Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Azərbaycanın bütün xalqını səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında mövcud qarşılıqlı münasibətlərin səviyyəsi Türkmənistanda yüksək qiymətləndirilir. Qəti əminəm ki, bu münasibətlər Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edib, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və çiçəklənmə arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR