Bakıda idman kompleksində baş verən yanğın söndürülüb - YENİLƏNİB - 1 - FOTO

Bakıda idman kompleksində baş verən yanğın söndürülüb - YENİLƏNİB - 1  - FOTO
# 02 mart 2019 12:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda idman kompleksində baş verən yanğınla bağlı yekun məlumat yayıb.

ONA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin ümumi sahəsi 800 m² olan birmərtəbəli təlim məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü 40 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 600 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Saat 10:15

***

Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbinin ərazisində baş vermiş yanğın saat 09:48-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə ONA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Saat 09:58

***

Fövqəladə Hallar Nazirliyi Bakıda idman kompleksində baş verən yanğınla bağlı məlumat yayıb.

ONA nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Saat 09:38

***

Bakıda idman kompleksində yanğın başlayıb.

ONA-nın məlumatına görə hadisə paytaxtın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Vətən" idman kompleksində qeydə alınıb.

Yanğının söndürülməsinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR