Bakının işğaldan azad olmasının ildönümü münasibətilə Türk şəhidliyi ziyarət olunub

Bakının işğaldan azad olmasının ildönümü münasibətilə Türk şəhidliyi ziyarət olunub
# 15 sentyabr 2017 15:08 (UTC +04:00)

Bakının işğaldan azad olmasının 99-cu ildönümü münasibətilə Bakıda Türk şəhidliyi abidəsi ziyarət olunub.

APA-nın xəbərinə görə, əvvəlcə abidə önünə əklil qoyulub. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında 15 sentyabr tarixinin əhəmiyyətindən danışıb və hər iki ölkəni bu qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də Bakıda, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR