Azərbaycanda il ərzində dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalıb

Azərbaycanda il ərzində dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi azalıb
# 12 may 2015 07:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin aprel ayının 1-ə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 20,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 24,45% və ya 6,7 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, mart ayında dövlət büdcəsindən AİF-ə 2,6 mln. manatlıq vəsait ayrılıb.

Bu ilin yanvar-mart aylarında AİF 15,4 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Yanvardan fərqli olaraq fevral və martda fondun istiqrazları yerləşdirilməyib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin aprelin 1-ə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 306 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,76%, aylıq ödəniş isə 297,2 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 676 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,86%, aylıq ödəniş isə 319,4 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR