Batumidə 28 May-Respublika Günü münasibətilə təntənəli tədbir keçirilib - FOTOSESSİYA

Batumidə 28 May-Respublika Günü münasibətilə təntənəli tədbir keçirilib         - <span style="color: red;">FOTOSESSİYA
# 28 may 2015 23:22 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Mayın 28-də Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Respublika Gününə həsr olunmuş təntənəli mərasim keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Batumidəki baş konsulluqdan bildirilib. Məlumata görə, tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Yermakov, Mestia şəhərinin meri Kapiton Jorjoliani, Ambrolauri şəhərinin meri Rati Namqaladze, Oni şəhərinin icra hakimiyyəti başçısı Qiorqi Lobdjanidze, Acarıstanın təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaishvili, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi və universitetin professor, müəllim və tələbə heyəti, Batumidə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri, Kulevi terminalının və “SOCAR-Georgia” şirkətinin rəhbərləri və əməkdaşları, ziyalılar və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib.

Mərasimi açan baş konsul Hüseyn Nəcəfov müasir Azərbaycan Respublikasının 1918-ci ildən 1920-ci ilədək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının (ADR) hüquqi varisi olduğunu, məhz həmin dövrdə Azərbaycan xalqının müstəqilliyinin, azadlığının, suverenliyinin bərpa olunduğunu bildirib.

H.Nəcəfov 1988-ci ildən etibarən Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qaldığını, Ermənistanın Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda xeyli sonradan məskunlaşan ermənilərin öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmaq bəhanəsi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini söyləyib.

Baş konsul Azərbaycanın və Gürcüstanın tərəfdaş ölkələr olduqlarını, əsrlər boyu dostluq və qardaşlıq münasibətlərində yaşadıqlarını vurğulayıb.

Çıxışının sonunda baş konsul son dövrdə iqtisadiyyat, mədəniyyət və idman sahələrində Azərbaycanın əldə etdiyi uğurlar haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Baş konsul tədbir iştirakçılarına cari ilin 12-28 iyun tarixlərində Azərbaycanda keçiriləcək ilk "Bakı 2015 Avropa Oyunları" barədə də ətraflı məlumat verib.

Tədbirdə çıxış edən Acarıstan Muxtar Respublikası Ali Şurasının sədri Avtandil Beridze Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlığın tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulduğunu ifadə edib.

Tədbirdə Azərbaycan Olimpiya Komitəsi tərəfindən hazırlanmış “Bakı-2015 İlk Avropa Oyunları” videoçarxı nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR