Bakıda 480 şagird buraxılış imtahanından azad edilib

Bakıda 480 şagird buraxılış imtahanından azad edilib
# 12 may 2015 13:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də 2014/2015 tədris ili üzrə Bakı şəhəri orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın keçirilməsi üçün 79 bina ayrılıb.

Bakı şəhəri üzrə 55897 nəfər şagirdin (IX sinif üzrə 31489 nəfər və XI sinif üzrə 24408 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulub. 480 nəfər şagird (IX sinif üzrə 245 nəfər və XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR