Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda evdən qaçmış qız tapılaraq ailəsinə təhvil verilib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yaşayan 1995-ci il təvəllüdlü Xumar Süleymanova sentyabrın 4-də saat 12 radələrində bir daha geri qayıtmayacağı barədə məktub yazaraq evdən gedib.
Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xumar Süleymanova tapılaraq ailə üzvlərinə təhvil verilib.