Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib - VİDEO

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 17 avqust 2015 20:55 (UTC +04:00)

APA – nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı – Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı minik maşınının sürücüsü, 57 yaşlı Nəcəfov Çingiz İdris oğlu Qazax istiqamətində hərəkətdə olarkən maşının idarəetməsini itirib və yoldan çıxaraq aşıb. Nəticədə sürücü Ç. Nəcəfov hadisə zamanı aldığı müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirilər. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR