AMOR Vladimir Putinin təşəbbüsü ilə keçirilən "Çoğrafi imla" aksiyasında iştirak edib

AMOR Vladimir Putinin təşəbbüsü ilə keçirilən "Çoğrafi imla" aksiyasında iştirak edib
# 26 noyabr 2017 23:01 (UTC +04:00)

Rusiya Azəbaycanlı Gənclər Birliyi (AMOR) "Çoğrafi imla" aksiyasında iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın bütün regionlarında keçirilən ümumölkə miqyaslı təhsil aksiyasının təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir. AMOR-un təşkilatçılığı ilə M.İ.Rudomino adına xarici ədəbiyyat Kitabxanasında keçirilən "Çoğrafi imla" aksiyasında təşkilatın 150-dən çox fəalı iştirak edib.

Aksiya iştirakçıları önündə çıxış edən AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyeva adından iştirakçılara uğurlar arzulayıb. O, Leyla Əliyevanın rəhbərliyi altında AMOR-un güclü gənclər təşkilatına çevrildiyini söyləyib: "AMOR-un belə genişmiqyaslı federal aksiyada iştirak etməsi bizim təşkilatın Rusiyada məşhur və əhəmiyyətli birliyə çevrildiyinin sübutudur. Çoğrafi İmla- Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən miqyaslı təhsil aksiyasıdır. Biz, Rusiya Çoğrafiya Cəmiyyəti prezidenti Sergey Şoyqu başda olmaqla cəmiyyətin rəhbərliyinə aksiyada iştirak etmək üçün dəvət etdiklərinə görə təşəkkürümüzü bildiririk".

E. Hacıyev bu il Azərbaycanın da bu aksiyaya qoşulduğunu qeyd edib: "Çoğrafı imla aksiyası M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilib. Bizim ölkədən başqa aksiyada Argentina, Böyük Britaniya, Danimarka, Norveç, Serbiya, Suriya, Türkiyə, Çexiya, Çin və Rumıniya və digər dövlətlərdə baş tutub".

Daha sonra aksiya iştirakçıları imla yazmağa başlayıblar. 45 dəqiqə ərzində 30 suala cavab vermək lazım olub. Suallar üç bloka ayrılıb: çoğrafi anlayış və terminlərin izahının müəyyən edilməsi, çoğrafi obyektlərin xəritədə müəyyən edilməsi, ədəbiyyat nümunələri fraqmentlərində çoğrafi obyektlərin müəyyən edilməsi. İmlaya görə ən yüksək bal 100 bal olub. Aksiya iştirakçıları şəxsi nəticələrini dekabrın 25-dən sonra dictant.rgo.ru saytından öyrənə bilərlər.

Aksiyanın sonunda E. Hacıyev iştirakçıları "Çoğrafi imla beynəlxalq təhsil aksiyasında iştiraka görə Şəhadətnamə" ilə təltif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR