Türkmənistan İrana qaz tədarükünü borca görə məhdudlaşdırıb

Türkmənistan İrana qaz tədarükünü borca görə məhdudlaşdırıb
# 04 yanvar 2017 00:59 (UTC +04:00)

Türkmənistan İran Milli Qaz Şirkətinin borcuna görə bu ölkəyə qaz tədarükünü məhdudlaşdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan XİNin məlumatında bildirilir.

«İran Milli Qaz Şirkəti 2013-cü ildən başlayaraq tədarük olunan türkmən qazına görə yaranmış borcun ödənilməsi istiqamətində lazımi səylər göstərmir... 2016-cı il ərzində İran tərəfi qaz tədarükü sahəsində əlverişsiz vəziyyətin yaranması və qaz tədarükünün dayandırıla biləcəyi barədə rəsmi qaydada dəfələrlə məlumatlandırılıb”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Türkmənistan İrana qaz tədarükünü 2017-ci ilin yanvarın 1-dən məhdudlaşdırıb.

Türkmənistan XİN-i İrana qaz tədarükünün məhdudlaşdırılması məsələsini siyasiləşdirməməyə çağırıb.

Qeyd edək ki, Türkmənistan 1997-ci ildən İrana qaz tədarük edib. Xatırladaq ki, qaz ehtiyatlarına görə Türkmənistan Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yerdədir. Türkmənistan qazını Çin və İrana tədarük edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR