Cəzaçəkmə müəssisələrində 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub

Cəzaçəkmə müəssisələrində 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub
# 01 avqust 2015 15:18 (UTC +04:00)

Bakı-APA. Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

DİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti belə tədbir Baş İdarənin və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının iştirakı ilə cəzaçəkmə müəssisələrində baş tutub. Cəza çəkən, şəxsiyyət vəsiqəsi olmayan 336 məhkum şəxsiyyət vəsiqəsi ilə təmin olunub.

Bununla yanaşı, ötən ay Şirvan ŞPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları tərəfindən şəhərin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələrində keçirilən səyyar xidmət zamanı 263 nəfərə yeni sənədlər təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR