Azərbaycan iqtisadiyyatı təxminən 1% böyüyüb

Azərbaycan iqtisadiyyatı təxminən 1% böyüyüb
# 17 fevral 2017 14:15 (UTC +04:00)

2017-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5 mlrd. 233,1 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8% çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əlavə dəyərin 47,7%-i sənayedə, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,8%-i tikinti, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə, 15,9%-i isə digər sahələrdə istehsal edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 539,8 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR