Azərbaycan prezidentinin köməkçisi Səudiyyə Ərəbistanı kralı ilə görüşüb

Azərbaycan prezidentinin köməkçisi Səudiyyə Ərəbistanı kralı ilə görüşüb
# 02 fevral 2017 11:08 (UTC +04:00)

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ər-Riyadda Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

APA-nın "Azərtac"a istinadən verdiyi məlumata görə, prezidentin köməkçisi dost və qardaş ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu söyləyib.

Ə. Həsənov Səudiyyə Ərəbistanına səfərə dəvətə görə kral Salman bin Əbdüləziz Al Səuda və mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tureyfiyə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR