“Neftçi” çexiyalı futbolçu ilə müqaviləni uzatmayacaq

“Neftçi” çexiyalı futbolçu ilə müqaviləni uzatmayacaq
# 12 dekabr 2017 12:46 (UTC +04:00)

“Neftçi”də icarə əsasında çıxış edən Pavel Dreksanın taleyinə rəsmən aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, paytaxt klubu çexiyalı futbolçunu heyətində saxlamayacaq.

Bu barədə əməkdaşımızla söhbətində “Neftçi”nin baş meneceri Eldəniz Yusifov məlumat verib. O bildirib ki, “ağ-qaralar”la icarə müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq mərkəz müdafiəçisinə yeni sözləşmə təklif olunmayacaq.

Dreksa transfer hüququ məxsus olan “Karvina” klubuna qayıdacaq.

Qeyd edək ki, 28 yaşlı futbolçu “Neftçi”nin heyətinə bu ilin əvvəlində cəlb olunmuşdu. Tərlan Əhmədovun gəlişindən sonra ehtiyata düşən Dreksa Premyer Liqanın cari mövsümündə cəmi 4 oyunda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR