"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 13 aprel 2018 07:04 (UTC +04:00)

Bu ilin birinci rübü ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 23 164 yeni abonent qeydiyyata alınıb

“Azəriqaz”dan "APA-Economics"ə verilən məlumata görə, bunun da 15 041-i Bakı, Abşeron və Sumqayıt, 8 123-ü isə regionlar üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 119 894-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR