Azərbaycan XİN xarici jurnalistlərin akkreditəsi qaydalarını təsdiq edib

Azərbaycan XİN xarici jurnalistlərin akkreditəsi qaydalarını təsdiq edib
# 10 aprel 2015 11:04 (UTC +04:00)

APA-nın XİN-ə istinadən verdiyi məlumata görə, 18 mart 2015-ci il tarixində təsdiq edilən qərar aprelin 4-dən qüvvəyə minib.

Qaydalar Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici kütləvi informasiya vasitələrinin müxbir və operatorlarının akkreditəsi qaydalarını müəyyən edir.

Sənəddə həmçinin qeydiyyatdan keçmək üçün jurnalistlərin təqdim etməli olduğu sənədlərin siyahısı göstərilib: “Akkreditə olunmuş xarici KİV nümayəndələri tərəfindən akkreditə qaydaları pozulduqda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər edildikdə, yaxud təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda və ya bu məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunduqda, XİN tərəfindən xarici KİV nümayəndələrinin akkreditəsi ləğv edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR