Allahşükür Paşazadə Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edəcək

Allahşükür Paşazadə Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edəcək
# 05 avqust 2017 08:58 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 5-də İran İslam Respublikasına səfərə yola düşür.


QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd idarənin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatı və İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyası ilə birlikdə avqustun 6-da İranın paytaxtı Tehran şəhərində keçirəcəyi "İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.


Azərbaycan prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi İli çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Tehranda baş tutacaq "İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfransda Milli Məclis üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR