Şeyx Hüseyn Nuri Həmədani Gəncəyə gedib

Şeyx Hüseyn Nuri Həmədani Gəncəyə gedib
# 02 sentyabr 2015 19:37 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiət etdiyi qonaq Nizami məqbərəsində olub.

Dahi Azərbaycan şairinin qəbrini ziyarət etdikdən sonra din xadiminə şairin həyat yaradıcılığı barədə ətraflı məlumat verilib. Bildirilib ki, məqbərədə təmir işləri aparılıb və yaxınlığında Nizami muzeyi inşa edilib.

Səfər çərçivəsində Ayətullahül-Uzma Şeyx Hüseyn Nuri Həmədani və onu müşayiət edən nümayəndə heyəti Şah Abbas cümə məscidində olacaq və sentyabrın 3-də beşinci İmam Məhəmməd Bağırın oğlu İbrahimin dəfn olunduğu İmamzadə ziyartəgahını ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR