Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Azərbaycana səfər edəcək

Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Azərbaycana səfər edəcək
# 05 sentyabr 2015 12:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik edəcəyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sentyabrın 6-dan 9-dək baş tutacaq səfərdə Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və ikitərəfli görüşlərin keçirilməsi müzakirə olunacaq.

Səfər çərçivəsində qonaqların Mədəniyyət və Turizm Nazirliyində, Azərbaycan Turizm Assosiasiyasında, Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlər keçirilməsi nəzərdə tutulub.

Qonaqlar Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu ilə tanış olmaq imkanı əldə edəcəklər.

Səfərin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında işgüzar turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR