Fransada sosialistlər prezidentliyə namizədini müəyyənləşdirib - YENİLƏNİB

Fransada sosialistlər prezidentliyə namizədini müəyyənləşdirib - <span style="color: red;">YENİLƏNİB
# 29 yanvar 2017 20:58 (UTC +04:00)

Fransada hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilərin ikinci turunu keçirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərdə sabiq təhsil naziri Benua Amon qalib gəlib. Onun 58,65% səs topladığı bildirilir. B.Amonun yeganə rəqibi, Fransanın sabiq baş naziri Manuel Valsı 41,35% səs toplayıb.

Beləliklə, Benua Amon 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində hakim partiyanın vahid namizədi olacaq.

***

23:23

Fransada hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilərin ikinci turunu keçirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə əsasən, seçkilərdə sabiq təhsil naziri Benua Amon liderlik edir.

İlkin nəticələrə əsasən, B.Amon 60%-dək səs toplayıb. O, yeganə rəqibi olan Fransanın sabiq baş naziri Manuel Valsı qabaqlayır. Seçkilərdə ümumilikdə 1 milyon 306 min seçici iştirak edib.

B.Amon yanvarın 22-də baş tutan ilkin seçkilərin birinci turunda da qalib gəlib (36,5%) . Qeyd edək ki, seçkilər nəticəsində müəyyənləşdirəcək namizəd 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində hakim partiyanın vahid namizədi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR