BMT Sivilizasiyalar Alyansının nümayəndəsi: “Zorakı ekstremizmә qarşı birgә mübarizә aparmalıyıq”

BMT Sivilizasiyalar Alyansının nümayəndəsi: “Zorakı ekstremizmә qarşı birgә mübarizә aparmalıyıq”
# 18 may 2015 12:39 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. "Biz beynәlxalq ictimaiyyәt olaraq zorakı ekstremizmә qarşı birgә mübarizә aparmalıyıq".

APA-nın mәlumatına görә, bu sözlәri BMT-nin Sivilizasiyalar Alyansının nümayәndәsi Nasir Әbdülәziz әl-Naser III Dünya Mәdәniyyәtlәrarası Dialoq Forumu çәrçivәsindә "Zorakı ekstremizmә qarşı mübarizә” sessiyasında çıxışı zamanı deyib.

O, BMT-nin 2006-cı ildә terrorçuluğa qarşı mübarizә strategiyası hazırladığını xatırladıb: "Sivilizasiyalar Alyansı bunu birinci mәrhәlә adlandırır. Bu gün terrorçuluq vә ekstremizm hamını narahat edir. BMT Təhlükəsiz Şurasının müvafiq qәtnamәsi ilә üzv dövlәtlәrin üzәrinә öhdәlik qoyulub ki, bu sahәdә onlar birgә әmәkdaşlıq etsin. Bu bir çağırış idi”.

BMT nümayəndəsi qeyd edib ki, bu sahәdә dini liderlәrin rolu böyükdür. “Dini liderlәr beynәlxalq ictimaiyyәtin vacib hissәsidir. Onlar daha yaxşı dünyanın qurulması üçün bu işә qoşulmalıdırlar. Zorakılıq ekstremizmin aradan qaldırılması asan iş deyil, onun effektli olması üçün bütün dairәlәrin bura qoşulmalıdır. Tәcrid olunmuş icmalara xüsusi diqqәt yetirilmәlidir ki, onlar ekstremist qruplara qoşulmasın. Yardıma ehtiyac duyan tәbәqәlәrә yardımı artırmalıyıq. Biz hәr zaman qarşımızda duran çәtinliklәri tәhlil edәrәk düşünmәliyik ki, bu cür addımların qurbanları kim olur. Zorakı ekstremizm qlobal problemdir vә qlobal miqyasda hәll edilməlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR