Azərbaycanda dollar ucuzlaşıb, avro və rubl bahalaşıb - VİDEO

Azərbaycanda dollar ucuzlaşıb, avro və rubl bahalaşıb - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2015 06:33 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 8-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0478 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0073 manat və ya 0,62% artaraq 1,1821 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,96% artaraq 0,0156 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR