Qaxda 10 hektar taxıl sahəsi və 35 ədəd ağac yanıb

Qaxda 10 hektar taxıl sahəsi və 35 ədəd ağac yanıb
# 01 sentyabr 2015 02:40 (UTC +04:00)

Bakı-APA. Qaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Əmircan kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ərazidə 10 ha bicilmiş taxıl sahəsi və digər vətəndaşa məxsus fındıq bağının ərazisində 35 ədəd fındıq ağacları yanıb. Fındıq bağlarının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR