"PAŞA Bank": Dolların volatilliyi davam edəcək

"PAŞA Bank": Dolların volatilliyi davam edəcək
# 05 yanvar 2017 12:03 (UTC +04:00)

"2017-ci ildə də dolların volatilliyi davam edəcək". "APA-Economics" xəbər verir ki, bunu "PAŞA Bank Türkiyə"nin baş icraçı direktoru Cenk Eynehan bildirib.

Onun sözlərinə görə, yanvarın 20-də ABŞ-da rəhbərliyə gələcək Donald Trampın hansı siyasət yürüdəcəyi, Avropa Mərkəzi Bankının pul siyasətini genişləndirməsi, o cümlədən Çindəki iqtisadi artım xüsusi əhəmiyyətli olacaq. "Buna görə bizim üçün 2017-ci il daha çətin proqnozlaşdırılan bir il oldu. Bankirlər olaraq bizim Türkiyədə ciddi təcrübəmiz var. Bu təcrübə sayəsində gələcəyə istiqamətlənmiş proqnozlar yürüdə bilirdik. Lakin 2016-cı il bizə risklərin və proqnoz verməyin çətin olduğunu göstərdi. Hal-hazırda təcrübə və riyazi hesablamalarla proqnoz verə bilməyəcəyimiz bir nöqtədəyik. Faiz dərəcələri ilə bağlı hər hansı proqnoz vermək çox çətindir", - deyə C. Eynehan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR