Növbədənkənar Prezident seçkiləri səbəbindən Azərbaycan kubokunun təqvimi dəyişəcək

Növbədənkənar Prezident seçkiləri səbəbindən Azərbaycan kubokunun təqvimi dəyişəcək
# 05 fevral 2018 08:46 (UTC +04:00)

Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək. Apasport.az saytının məlumatına görə, buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub.

Belə ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb. Lakin həmin gün Prezident seçkiləri keçiriləcəyindən, Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik etmək məcburiyyətində qalacaq.

Bunu əməkdaşımızla söhbətində qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib. O, bildirib ki, məsələ ilə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” “Neftçi” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR