AVCİYA parlament seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb - VİDEO

AVCİYA parlament seçkiləri ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb - <span style="color: red;">VİDEO
# 08 sentyabr 2015 09:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabatını təqdim edib.

APA-nın məlumatına görə, AVCİYA seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, hesabat bu il mayın 1-dən sentyabrın 1-nə qədər olan dövrü əhatə edir. O deyib ki, hesabata seçkiqabağı siyasi mühit, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, seçkilərin monitorinqi və digər bölmələr daxildir.

Seçki öncəsi vəziyyətin monitorinqi, seçki administrasiyasının fəaliyyəti və KİV-in monitorinqinin aparıldığını söyləyən M. Zülfüqarlının sözlərinə görə, monitorinq nəticəsində məlum olub ki, parlament seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi mühit demokratik seçki keçirilməsinə zəmin yaradır. O, təşkilatın seçkilərlə bağlı görəcəyi işlərdən də danışıb: “Müşahidəçilər üçün kitabçalar çap olunacaq, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması ilə bağlı görüşlər keçiriləcək, regionlarda seçki fəallığının artırılması üçün sentyabrın 11-dən seminarlar keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR